Ukraynada tehsil şirkəti olaraq sizlərə heç bir imtahan vermədən Ukrayna dövlət universitetlərinə qəbul olmağı təklif edirik. Ukraynada qiyabi tehsil.

hareketli-bayrakYavuz_Taskin

Ukraynada Tehsil, Ukrayndada attestatla tehsil

Ukraynada Tehsil

İtaliyada təhsil

Şubat 23rd, 2018 / Admin

Sizlərə heç bir imtahan vermədən yalnız attestatla italiyada təqaüdlü təhsil almağı təklif edirik.

Bu gün sizə İtaliya universitetlərindən, daha doğrusu İtaliyanın “ƏN YAXŞI” universitetlərindən danışacağam. O universitetlər ki, dünyanın 500 ƏN YAXŞI universitet siyahısındadır. Nəzərnizə çatdırım ki, dünyanın 500 ƏN YAXŞI universitetindən 200 universitet Avropanın payına düşür. Yəni yaxşı 500 universitet sıralamasına görə ümumdünya universitetləri sayı üzrə Avropa irəlidədi.

İtaliyada təqaüdlü təhsil almaq üçün elə indi bizə müraciət edin.

62 mln əhalisi olan İtaliya Avropanın ən gözəl və ən qədim tarixə malik ölkəsidir. Məncə bu ölkədə təhsil alanalar ilk öncə ona görə xoşbəxtirlər ki, belə gözəlliklərlə zəngin və qədim tarixlə zəngin ölkədə həm yaşamaq və həm də təhsil almaq imkanını qazanıblar.  İtaliya təhsili Almaniya və digər təhsilinin inkişafına və keyfiyyətinə görə seçilən bəzi ölkələrdən geridə qalsa da lakin bu ölkənin ƏN YAXŞI UNİVERSİTETLƏR sırasına heçdə az universitet düşməyib. İtaliyada 96 universitet fəlaiyyət göstərir. Ümumilikdə İtaliyanın 19 universiteti 500 ƏN YAXŞI UNİVERSİTETLƏR sırasına düşmüşdür. Nəzərə alsaq ki, ümumi Avropanın payına bu 500-lükdən 200 universitet düşüb və bu 200 universitetdən 19-u İtaliyadadır. Bu o deməkdir ki, İtaliya təhsilə görə heç də geridə deyil. Hətda bir çox Avropa ölkələrindən irəlidədir.

İtaliyada təhsil zamanı gedəcəyiniz universitetlər.

İtaliya universitetlərində ilk yeri University of Pisa və University of Roma – La Sapienza paylaşırlar.

Qeyd edim ki, University of Pisa qədim tarixə malik universitetlərdən biridir və 1343-cü ildə təsis edilmişdir. Digər universitet University of Roma – La Sapienza 1303-cü ildə təsis edilmişdir. 3-cü yeri University of Milan və University of Padua bölüşürlər.

Padua Universiteti Boloniya Universitetindən sonra İtaliyanın ikinci ən qədim universitetidir. 1222-ci ildə təsis edilmişdir.

İtaliya universitetlərində təhsil almaq üçün Azərbaycan tələbələri üçün tam təqaüd proqramları da mövcuddur. Hətda İtaliyada bəzi universitetləri Azərbaycan tələbələrinə digər xarici vətəndaşlara təklif olunan təhsil haqqından aşağı təhsil haqqı təklif edirlər.

İtaliyanın 19 ƏN YAXŞI universitetinin ölkə və dünya üzrə sıralamasını aşağıda görə bilərsiniz.

 

İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.

Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənnlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır. Universitetlərdə tədris prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir. Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə təhsil alır.

İtaliyada ali təhsil sistemi əsasən universitetlərdən ibatərdir. Digər tip məktəblər də mövcuddur ki, bu incəsənət akademiyaları, konservatoriyalar və 2 pizan institutudur. Bu məktəblərdə təhsil elmi-tədqiqat işlərinin aparılmasına istiqamətlənmişdir. İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır. Bu universitetlərdə 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox professor dərs deyir. İtaliyada dərs ili 2 semestrə bölünür. 1-ci semestr oktyabrın ilk günlərində, 2-ci semestr isə martın ilk günlərində başlayır.

Anqlosakson sistemində “Bakalavr” səviyyəsinə uyğun ilk diplomu laurea (C.L.) almaq üçün 4-6 il oxumaq tələb olunur. Filoloqlar bu dərəcəni 4 ildən sonra, kimyaçılar və memarlar 5 ildən sonra, həkimlər isə 6 ildən sonra ala bilərlər. Maqistr təhsilində ixtisaslar həm ingilis həm də italyan dilində tədris olunur. Əcnəbi tələbələrə ödənişsiz italyan dili öyrədilir. Maqistr dərəcəsinə uyğun olan növbəti dərəcə – Diploma universitario (C.D.U.) adlanır. Kurs 3 il davam edir. Həmçinin iki illik Scuole dirette a fini speciali ixtisaslaşma kursu var ki, bunun nəticəsində C.D.U.-ya oxşayan dərəcə almaq olar. Universitet məzunu təhsil aldığı ixtisasa görə 3 illik təcrübədən sonra doktoranturaya daxil ola bilər. Bunun üçün qəbul testindən keçmək lazımdır. Bakalavr təhsili 3 il davam edir. Lakin, memarlıq oxuyanlar 5, tibb sahəsi üzrə oxuyanlar isə təhsilini 6 ilə bitirirlər.

Universitetin birinci pilləsinə daxil olan xarici tələbələr qəbul imtahanı vermirlər. Buna baxmayaraq, hər bir italyan universiteti dil üzrə xüsusi testlə imtahan həyata keçirir. Belə testlər adətən qrammatik suallardan, mətnin tərcüməsindən və müəllimlə söhbətdən ibarət olur.

İtalyan universitetlərinə daxil olmaq üçün aşağıdakılar lazımdır:

  • orta təhsilin olması + bakalavra daxil olanlar üçün 1 və ya 2 il ali məktəblərdə təhsil almaq;
  • italyan dilinə sərbəst yiyələnmək haqqında testdən keçmək (başlanğıcdan irəliləyənə kimi 9 ballı şkalaya görə “6” səviyyə);
  • CILS – italyanca vahid imtahan. İmtahana qəbul olma vaxtı – iyun və dekabrdır. www.exams.ru/it/cils.html – saytdan imtahan haqqında məlumat əldə etmək olar;
  • göstərilən ixtisaslar üzrə universitetə qəbul olmaq üçün sentyabrın əvvəlində uyğun olan tibb, stomatologiya, əczaçılıq, memarlıq, hüquqşünaslıq, mühəndislik ixtisasları üzrə qəbul imtahanı vermək lazımdır;
  • sənədlərin verilməsi üçün yalnız bir italyan ali məktəbi seçmək olar. Qəbul imtahanının uğurla verildiyi halda 5 noyabrdan gec olmayaraq gəlmə sənədlərin qeydiyyat prosesi dayandırılır.

MÜRACİƏT ÜÇÜN LAZIMI SƏNƏDLƏR

  1. Universitet diplomu və ya universitetdən arayış;
  2. Qiymət cədvəli (minimum bal 3.9 / 5.0 olmalıdır);
  3. Dərslərin izahatı (course description);
  4. CV;
  5. Statement of Purpose;
  6. Recommendation letters;
  7. TOEFL(82 iBT) və ya IELTS (6.0) sertifikatı;

Təhsil və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən İtaliya bir çox ölkələrlə ali təhsil, tələbə və müəllim mübadiləsi, həmçinin birgə tədqiqatlar istiqaməti üzrə fəal əməkdaşlıq edir.

İtaliyada təhsil almaq üçün bizə müraciət edin.

Mob: 050~852~15~86

Mob: 050~253~78~33

Mob: 070~253~78~33

 

 

 

Sosial sebekelerde paylasin.

Share to Google Buzz
Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex